Sağçısızın yoxsa solçu?

13 Suallar
Sağçısızın Yoxsa Solçu?

Sizə uyğun gələn seçimi edin.

Please wait...
Questions and Answers
  • 1. 
    Məmurların rolu nə olmalıdır?
    • A. 

      Bərabər sinifli cəmiyyətin qurulması

    • B. 

      Ədalətli bölüşdürmənin təşkili

    • C. 

      Bərabər imkanların təmin edilməsi

    • D. 

      İndividual haqqların və vətəndaş təhlükəsizliyin qorunması

    • E. 

      Hamısı

  • 2. 
    "Dövlət təmin etməlidir" deyəndə kimi nəzərdə tutursunuz?
    • A. 

      Özümdən başqa hamını

    • B. 

      Bütün cəmiyyəti

    • C. 

      Dövlət məmurlarını

    • D. 

      Dövlət heç nəyi təmin edə bilməz. Qərar qəbul edən yalnız insanlardır.

    • E. 

      ABŞ ağ evinə petisiya yazmaq lazımdır ki, bu məsələ ilə bağlı fikir söyləsinlər

  • 3. 
    Sizin halal pul qazanmış varlı insanlara münasibətiniz necədir?
    • A. 

      Onlardan zəhləm gedir

    • B. 

      Onları sadəcə sevmirəm

    • C. 

      Onlara böyük hörmətlə yanaşıram

    • D. 

      Onlardan öyrənməyə çalışıram

    • E. 

      Hamısından bir az

  • 4. 
    Sahibkarlar pulu necə qazanır?
    • A. 

      Fəhlələri istismar edərək

    • B. 

      Cəmiyyət ilə yetərincə gəliri bölüşməyərək

    • C. 

      İşi qurmaq bacarığı hesabına

    • D. 

      Təbiətdən verilmiş sahibkarlıq vergisi hesabına

    • E. 

      Onu bir Allah, bir də özləri

  • 5. 
    Azərbaycanlı olmaqla fəxr edirsinizmi?
    • A. 

      Əlbəttə

    • B. 

      Başqa nə ola bilər ki? Azərbaycan vətənimdir

    • C. 

      Olimpiya oyunlarında qızıl medal götürəndə

    • D. 

      Xeyr. Azərbaycanlı olmaq üçün mən heç nə etməmişəm, öyünə bilmərəm

    • E. 

      Venesuela vətəndaşı olsaydım, daha çox fəxr edərdim. Orda qəşəng qızlar var

  • 6. 
    300 manat maaş alan dövlət məmurunun uşağınız üçün təhsil proqramı qurulmasına necə baxırsınız?
    • A. 

      Pozitiv. Orta əmək haqqı 350 manat ölkədə məmur nə qədər almalıdır?

    • B. 

      Pozitiv. Ancaq maaşlar qalxmalıdır

    • C. 

      Pozitiv. Ancaq maaşlar qalxmalı və sistem kökündən dəyişməli

    • D. 

      Neqativ. Tədris proqramı uşaqların individual bacarıqlarını nəzərə alaraq hazırlanmalıdır

    • E. 

      Uşağım yoxdu, qərar verə bilmirəm

  • 7. 
    Məktəb və tibb xidmətləri kim tərəfindən idarə olunmalıdır?
    • A. 

      Dövlət məmurunun qohumları və dostları tərəfindən

    • B. 

      Dövlət məmurları tərəfindən

    • C. 

      Dövlət tərəfindən, lakin valideynlərə seçim verilməlidir

    • D. 

      Ən istedadlı və bacarıqlı insanlar tərəfindən

    • E. 

      Məni nazir təyin edin, elə hamsını idarə edim

  • 8. 
    Telefonunuzdan istənilən zaman istənilənadam istifadə edə bilərmi?
    • A. 

      Əlbəttə. Özəl mülkiyyət forması olmamalıdır

    • B. 

      Dövlət məmuru icazə verirsə olar

    • C. 

      Özəl mülk toxunulmazıdır

    • D. 

      Telefon sahibinin istəyindən asılı olaraq

    • E. 

      Mənim telefonum yoxdur. Feysbuka da girmirəm.

  • 9. 
    Dövlət məmuru vətəndaşların hansı formada cinsi əlaqədə olmalarını tənzimləməlidirmi?
    • A. 

      Əlbəttə. Dövlət məmuru cəmiyyətin mənəviyyatının qoruyucusudur

    • B. 

      Cinsi əlaqəni yox, lakin kimin kiminlə evlənməyi tənzimləməlidir

    • C. 

      Dövlət məmuru ictimaiyyətdə olan istəkləri nəzərə alaraq qərar qəbul edə bilər

    • D. 

      Dövlət mənim yataq otağıma və şəxsi işlərimə müdaxiləsi yolverilməzdir

    • E. 

      Təki cinsi əlaqəm olsun, qalanı boş şeydir

  • 10. 
    Demokratiya nədir?
    • A. 

      Çoxluğun hakimiyyəti

    • B. 

      Seçkidə iştirak edən çoxluğun hakimiyyəti

    • C. 

      Çoxluğun siyasi proseslərə təsir etmə imkanları

    • D. 

      Populistlərin seçiciləri aldatmaqla siyasi arenada peyda olmasına şərait yaradan, lakin yeganə işlək sistem

    • E. 

      Dermo ... nə?

  • 11. 
    Sizə nəyin lazım olduğunu kim daha yaxşı bilir?
    • A. 

      Karl Marks

    • B. 

      Seçilən dövlət məmuru

    • C. 

      Özüm

    • D. 

      Hərdən səhv etsəm də, əksərən özüm

    • E. 

      Heç kim bilmir

  • 12. 
    Fərdi sahibkara məxsus olan restoran ictimai yer sayılır, yoxsa özəl mülk?
    • A. 

      Özəl mülk olmamalıdır

    • B. 

      İctimai yerdir

    • C. 

      Özəl mülkdür, lakin ictimai yerdir

    • D. 

      Evi kimi özəl mülküdür

    • E. 

      Mənə nə? Mənim deyil ki

  • 13. 
    Dövlət məmurları sizi evinizdə siqaret çəkməyə qadağan edəcək bir qanun qəbul edə bilərmi?
    • A. 

      Sözsüz. Kommunist partiyasının məmurları hər şeyi düz edir

    • B. 

      Bəli. Siqaret çəkmək cəmiyyətin sağlamlığı üçün pisdir

    • C. 

      Dövlət siqaretə tələbatı aşağı salmaq üçün aksizlər təyin etməlidir

    • D. 

      Mən evimdə nə edirəm, nə yeyirəm, nə çəkirəm heç bir dövlət məmuruna aidiyyatı yoxdur.

    • E. 

      Siqaret olmaz, lakin qəlyan olar