50-100..Farm Hamisi A Qarishiq.

50 Suallar | Total Attempts: 114

SettingsSettingsSettings
Please wait...
50-100..Farm Hamisi A Qarishiq.

50-100..Farm hamisi A qarishiq.


Questions and Answers
  • 1. 
    Stenokardiya tutmaları zamanı xəstəyə 1%-5ml nitroqliserin preparatı təyin olunmuşdur. Şəkərə 1 damcı damızdırıb dilin altına qoymalı. Nitroqliserinin bir dəfədə qəbul olunan miqdarını hesablayın:
    • A. 

      0,05

    • B. 

      0,005

    • C. 

      0,0005

    • D. 

      0,0001

    • E. 

      0,001

  • 2. 
    İnyeksiya şəklində istifadə oluna bilən dərman forması:
    • A. 

      Emulsiya

    • B. 

      Suspenziya

    • C. 

      Tinktura

    • D. 

      Dəmləmə

    • E. 

      Mikstura

  • 3. 
    Reseptin “Subscriptio” hissəsində qeyd olunur:
    • A. 

      “Recipe” feli ixtisar şəklində verilir

    • B. 

      Tibb müəssisəsinin ştampı qoyulur

    • C. 

      Reseptin tərkibinə daxil olan dərman maddələri qeyd olunur

    • D. 

      Dərmanın hazırlanması və müvafiq buraxılış qaydası

    • E. 

      Dərmanın qəbul olunma qaydaları qeyd olunur

  • 4. 
    Ofisinal dərman maddələrinə aiddir:
    • A. 

      Əczaçılıq sənayesində hazırlanan dərmanlar

    • B. 

      Həkimin yazmış olduğu reseptə uyğun olaraq aptekdə hazırlanan dərmanlar

    • C. 

      Magistral üsulla hazırlanan məlhəmlər

    • D. 

      Aptekdə“ex tempore” hazırlanan dərman maddələri

    • E. 

      Dəmləmə və bişirmə dərman formaları

  • 5. 
    Retabolilin (Retabolilum) 5%-li yağlı məhlulundan hər ampulda 1 ml olmaqla, 3 ampulaya resept yazmalı. Hər 2 həftədən bir, 1 dəfə əzələyə 1 ml yeritməli.
    • A. 

      Rp: Retabolili oleosae 5%-1ml D.t.d. № 3 in ampullis S. Hər 2 həftədən bir əzələyə 1 ml yeritməli. #

    • B. 

      Rp: Sol.Retabolili 5%-1ml D.t.d. №3 in ampullis S. Hər 2 həftədən bir əzələyə 1 ml yeritməli. #

    • C. 

      Rp.: Sol.Retabolili oleosae 5%-1ml D.t.d.№ 3 in ampullis S.Hər 2 həftədən bir əzələyə 1 ml yeritməli. #

    • D. 

      Rp.: Sol.Retabolili 5%-3ml D.t.d. № 3 in ampullis S. Hər 2 həftədən bir əzələyə 1 ml yeritməli. #

    • E. 

      Rp.: Retabolili 0,05 Olei Persicorum ad 3 ml M.f. solutio S. Hər 2 həftədən bir əzələyə 1 ml yeritməli.

  • 6. 
    Düzgün olmayan ifadə:
    • A. 

      Suspenziyalar daxilə, xaricə, parenteral yolla tətbiq edilir

    • B. 

      Emulsiyalar daxilə və xaricə tətbiq olunur

    • C. 

      Drajelər yalnız daxilə təyin olunur

    • D. 

      Dənəciklər dozalanmayan bərk dərman formasıdır

    • E. 

      Dəmləmələrə aid resept tam variantda yazılır

  • 7. 
    Reseptdə yazılan “q.s.-quantum satis”-in mənası:
    • A. 

      Tələb olunan miqdarda

    • B. 

      Bərabər miqdarda

    • C. 

      Əlavə edin

    • D. 

      Hər birindən

    • E. 

      Tələb olunan vaxt

  • 8. 
    Şamlara aid olmayan xüsusiyyət:
    • A. 

      Rektal və vaginal istifadə olunurlar

    • B. 

      Resept vurma və bölmə üsulu ilə yazılır

    • C. 

      Dozalanmayan dərman formasıdır

    • D. 

      Yerli və sistem təsir göstərirlər

    • E. 

      Sadə və mürəkkəb olurlar

  • 9. 
    Dəmləmə və bişirmələrə resept yazılır
    • A. 

      Faiz üsulu ilə

    • B. 

      Vurma üsulu ilə

    • C. 

      Tam variantla

    • D. 

      Çəki-nisbət üsulu ilə

    • E. 

      Yarım ixtisar variantla

  • 10. 
    Bölmə üsulu ilə magistral şamlara resept tərtib etdikdə reseptdə qeyd olunmur:
    • A. 

      M.f.suppositoria

    • B. 

      D.S.

    • C. 

      Olei Cacao

    • D. 

      D.t.d.

    • E. 

      Q.s.

  • 11. 
    Hər birində 500.000TV streptomisin sulfat olan 20 ədəd flakona aid düzgün resept:
    • A. 

      Rp.: Streptomycini sulfatis 10.000.000TV D.S

    • B. 

      Rp.: Solutionis Streptomycini sulfatis 500.000TV D.t.d. N 20 S.

    • C. 

      Rp.: Streptomycini sulfatis 500.000TV D.t.d. N 20 S.

    • D. 

      Rp.: Streptomycini sulfatis 500.000TV D.t.d. N 20 in flaconis S.

    • E. 

      Rp.: Streptomycini sulfatis 500.000TV D.t.d. N 20 in laginis S.

  • 12. 
    Hansı dərman formasına resept ancaq ixtisar variantda yazılır?
    • A. 

      Dəmləmə

    • B. 

      Mikstura

    • C. 

      Emulsiya

    • D. 

      Məhlul

    • E. 

      Suspenziya

  • 13. 
    Dənəciklərin drajelərdən fərqli cəhəti:
    • A. 

      Dozalanan dərman formasıdır

    • B. 

      Dozalanmayan dərman formasıdır

    • C. 

      Bərk dərman formasıdır

    • D. 

      Ofisinal dərman formasıdır

    • E. 

      Resept ixtisar variantda yazılır

  • 14. 
    Fizostiqmin salisilat məhlulunu neçə faizli və ml hazırlamaq lazımdır ki, xəstə hər gözə 1 damcı gündə 3 dəfə olmaqla 10 gün müddətinə istifadə etsin. Bu zaman fizostiqmin salisilatın 1 dəfəlik dozası 1 mq olsun:
    • A. 

      3%-li – 6 ml

    • B. 

      0.05%-li – 10 ml

    • C. 

      2%-li – 1.5 ml

    • D. 

      1%-li – 3 ml

    • E. 

      5%-li – 15 ml

  • 15. 
    Reseptin quruluş terminlərinin ardıcılığını müəyyən edin: 1.İnscriptio 2.Signatura 3.Ordinatio 4.Designatio materiarum 5.Subscriptio
    • A. 

      4, 1, 5, 3, 2

    • B. 

      3, 1, 4, 2, 5

    • C. 

      1, 3, 4, 5, 2

    • D. 

      5, 1, 3, 4, 2

    • E. 

      1, 5, 4, 3, 2

  • 16. 
    Tabletləri dənəciklərdən fərqləndirən cəhət:
    • A. 

      Ofisinal dərman forması olması

    • B. 

      Dozalanmış dərman forması olması

    • C. 

      Bərk dərman formalarına aid olması

    • D. 

      Yalnız zavod texnologiyası ilə hazırlanması

    • E. 

      Dərmanın ümumi miqdarının göstərilməsi

  • 17. 
    Tinkturalar üçün xarakterik deyil:
    • A. 

      Tərkibi 2:1:17 nisbətində götürülür

    • B. 

      Resept yalnız ixtisar variantda yazılır

    • C. 

      Damcı ilə dozalanır

    • D. 

      Latınca “boyamaq” deməkdir

    • E. 

      Ofisinal dərman formasıdır

  • 18. 
    Praktik istifadəyə vəsiqə qazanmış dərman maddələrinin arzuоlunmaz əlavə еffеktlər və tоksikliyinin öyrənildiyi klinik sınaq mərhələsi:
    • A. 

      IV mərhələ

    • B. 

      II mərhələ

    • C. 

      III mərhələ

    • D. 

      I mərhələ

    • E. 

      Preklinik mərhələ

  • 19. 
    Uyğunluğu müəyyən edin: I. Pastalar II. Şamlar 1.Resept vurma və bölmə üsulu ilə yazılır 2.Dozalanan yumşaq dərman formasıdır 3.Dozalanmayan yumşaq dərman formasıdır 4.Remedium constituens kimi vazelindən istifadə olunur 5.Remedium constituens kimi kakao yağından istifadə olunur 6.Tərkibinə indeferent maddələrin poroşokları qatıla bilər I II
    • A. 

      2, 4---------1, 4, 6

    • B. 

      1, 4, 6---------1, 3, 6

    • C. 

      3, 4, 6 ---------1, 2, 5

    • D. 

      1, 5, 6---------1, 2

    • E. 

      1, 3, 5 --------- 2, 4, 6

  • 20. 
    Farmakodinamik qarşılıqlı təsir zamanı yaranan antaqonizmlər: 1. Kimyəvi 2. Farmasevtik 3. Fizioloji 4. Farmakoloji 5. Toksikoloji
    • A. 

      1, 3, 4

    • B. 

      1, 2, 3

    • C. 

      3, 4, 5

    • D. 

      1, 4, 5,

    • E. 

      2, 3, 4

  • 21. 
    Uyğunluğu müəyyən edin: I. İon kanallarına G-zülallar vasitəsilə təsir göstərən dərman maddələri II. İon kanallarına G-zülalların iştirakı olmadan təsir göstərən dərman maddələri 1. Sititon 2. Fenilefrin 3. Zopiklon 4. Salbutamol 5. Diazepam 6. Aseklidin I II
    • A. 

      2, 4, 6---------1, 3, 5

    • B. 

      1, 2, 3, 6---------4, 5

    • C. 

      1, 3, 5 ---------2, 4, 6

    • D. 

      2, 5, 6 ---------3, 4, 6

    • E. 

      3, 4 ---------1, 2, 4, 5

  • 22. 
    Farmakokinetik tolerantlığın yaranma səbəbidir:
    • A. 

      Dərman maddəsini inaktivləşdirən fermentlərin induksiyası

    • B. 

      Dərman maddəsini inaktivləşdirən fermentlərin inhibisiyası

    • C. 

      Reseptorların sayının artması

    • D. 

      Reseptorların sayının azalması

    • E. 

      Reseptorların həssaslığının aşağı düşməsi

  • 23. 
    “Paroq” dozadır:
    • A. 

      Toksiki

    • B. 

      Minimal

    • C. 

      Sutkalıq

    • D. 

      Birdəfəlik

    • E. 

      Yüksək teraöevtik

  • 24. 
    Farmakodinamik tolerantlığın yaranma səbəbidir:
    • A. 

      Dərman maddələrini inaktivləşdirən fermentlərin zəifləməsi

    • B. 

      Dərman maddələrinə qarşı reseptorların həssaslığının azalması

    • C. 

      Dərman maddələrini inaktivləşdirən fermentlərin induksiyası

    • D. 

      Dərman maddələrinin eliminasiya sürətinin artması

    • E. 

      Dərman maddələrinin qan plazmasında konsentrasiyasının azalması

  • 25. 
    Bəzi xəstələrdə Metoprololun terapevtik dozalarda qan plazmasında yüksək qatılıqda toplanmasının səbədidir:
    • A. 

      Total klirensinin yüksək olması

    • B. 

      Hepatik klirensinin yüksək olması

    • C. 

      Renal klirensininin yüksək olması

    • D. 

      HEB-i keçməsi

    • E. 

      CYP2 D6 fermentinin polimorfizmi

Back to Top Back to top