Operativ Cərrahiyyə -2 Atu-amu.Net Quiz

10 Suallar | Total Attempts: 98

SettingsSettingsSettings
Please wait...
Operativ Cərrahiyyə -2 Atu-amu.Net Quiz

.


Questions and Answers
  • 1. 
    Yoğun bağırsağın xərçəngi zamanı sağ tərəfli hemikolektomiyada hansı törəmələr xaric edilməlidir?
    • A. 

      Bauhin qapağından 15 sm aralı qalça, kor, çənbər və köndələn çənbər bağırsağın yarısı ətraf toxuma ilə birlikdə

    • B. 

      Bauhin qapağından 40 sm aralı qalça bağırsaq, kor və qalxan çənbər bağırsaq ətraf toxumalarsız

    • C. 

      Bauhin qapağından 15 sm aralı qalça bağırsaq, kor və qalxan çənbər bağırsaq ətraf toxuma ilə birlikdə

    • D. 

      Bauhin qapağından 40 sm aralı qalça, kor və qalxan çənbər bağırsaq ətraf toxuma ilə birlikdə

    • E. 

      Kor və qalxan çənbər bağırsağı bağırsaq ətrafı toxuma ilə birlikdə

  • 2. 
    Aşağıdakılardan hansı yuxarı müsariqə arteriyasının şaxəsi de­yil?
    • A. 

      çənbər bağırsağın sol arteriyası

    • B. 

      Aşağı mədəaltı vəz – onikibarmaq bağırsaq arteriyası

    • C. 

      Qalça – çənbərbağırsaq arteriyası

    • D. 

      çənbərbağırsağın sağ arteriyası

    • E. 

      çənbərbağırsağın orta arteriyası

  • 3. 
    Qara ciyərin hansı səthi peritonla örtülü deyil?
    • A. 

      Diafraqma səthinin ön hissəsi

    • B. 

      Diafraqma səthinin arxa hissəsi

    • C. 

      Aşağı səthinin arxa hissəsi

    • D. 

      Aşağı səthinin ön hissəsi

    • E. 

      Heç bir variant düzgün deyil

  • 4. 
    Böyrəyin rezeksiyası zamanı böyrək yarasının üzərini qapamaq və daha yaxşı hemostaz əldə etmək üçün hansı toxumadan istifadə olunur?
    • A. 

      əməliyyat yarasının kənarından götürülmüş sərbəst əzələ dilimindən

    • B. 

      Böyrəyin üzərini örtən fassiyal kapsuldan götürülən səfhədən

    • C. 

      Peritonarxası fassiyadan götürülmüş dilimdən

    • D. 

      Qarındaxili fassiyasından götürülmüş bir hissədən

    • E. 

      Böyrəyin piy qişasından

  • 5. 
    Göbək yırtığı zamanı göbək həlqəsinin Meyo üsulu ilə plastikasında aşağıdakı toxumalar birləşdirilir:
    • A. 

      Qarının enli əzələlərinin aponevrozunun yuxarı və aşağı kənarları

    • B. 

      Qarının enli əzələsinin aponevrozunun sağ və sol kənarları

    • C. 

      Qarının düz əzələsinin daxili kənarları

    • D. 

      Qarının xarici çəp əzələsinin aponevrozunun kənarları

    • E. 

      Göbək nahiyyəsinin xüsusi fassiyasının daxili kənarları

  • 6. 
    Gövdəni düzləndirən əzələnin sərt aponevrotik yatağı hansı fassiyanın hesabına əmələ gəlmişdir?
    • A. 

      Döş qəfəsi bel fassiyasının səthi və dərin səfhələri hesabına

    • B. 

      Xüsusi fassiyanın səthi səfhəsi hesabına

    • C. 

      Qarındaxili fassiya hesabına

    • D. 

      Peritondaxili fassiyanın səfhələri hesabına

    • E. 

      Səthi fassiyanın hesabına

  • 7. 
    Kəskin irinli paranefrit zamanı lyumbotomiya icra edərkən cərrah aşağıdakılardan hansını etməməlidir?
    • A. 

      Drenajlara qədər yaranın bütün uzunluğu boyunca təbəqələrlə tikilməsi

    • B. 

      Paranefral toxuma sahəsinin bütün hissələrinə boruşəkilli drenajların yeridilməsi

    • C. 

      Paranefriyada bütün irinli ciblərin açılması

    • D. 

      Rezin-tənzif drenajların qoyulması

    • E. 

      Yaranın ön-lateral hissəsinin tikilməsi

  • 8. 
    Aşağıdakılardan hansı porto – kaval anastomoz deyil?
    • A. 

      Bel venaları ilə tək və yarımtək venalar arasında olan anastomoz

    • B. 

      Mədə venaları ilə qida borusu venaları arasındakı anastomozlar

    • C. 

      Qapı venası ilə düz bağırsaq venaları arasındakı anastomozlar

    • D. 

      Qapı venası, göbəkətrafı venalar ilə aşağı və yuxarı qarınüstü venalar arasındakı anastomozlar

    • E. 

      Qapı venasının mənbələri ilə peritonarxası nahiyədəki venalar ara¬sın¬da əmələ gələn anastomozlar

  • 9. 
    Lesqaft – Qryunfeld rombunun əmələ gəlməsində hansı anatomik törəmə iştirak etmir?
    • A. 

      Arxanın enli əzələsi

    • B. 

      Aşağı dişli əzələnin aşağı kənarı

    • C. 

      Qarının daxili çəp əzələsinin arxa (sərbəst) kənarı

    • D. 

      Onurğanı düzləndirən əzələnin bayır kənarı

    • E. 

      XII qabırğa

  • 10. 
    Düz bağırsağın yuxarı hissəsində yerləşmiş şişlərin xaric edilməsi zamanı düz bağırsağın yuxarı hissəsinin qan təchizatının kəskin pozulması (nekrozu) nə ilə izah olunur?
    • A. 

      Düz bağırsağın yuxarı arteriyasının a.sigmoidea ima ilə anastomozlaşdığı yerdən aşağıda bağlanılması ilə

    • B. 

      Düz bağırsağın yuxarı arteriyasının a.sigmoidea ima ilə anastomozlaşdığı yerdən yuxarıda bağlanılması ilə

    • C. 

      Düz bağırsağın yuxarı arteriyasının orta arteriya ilə anastomozlaşdığı yerdən aşağıda bağlanılması ilə

    • D. 

      Düz bağırsağın yuxarı arteriyasının orta arteriya ilə anastomozlaşdığı yerdən yuxarıda bağlanılması ilə

    • E. 

      Düz bağırsağın orta arteriyasının yuxarı arteriya ilə anastomozlaşdığı yerdən aşağıda kəsilməsi ilə

Back to Top Back to top