Operativ Cərrahiyyə -1 | Atu-amu.Net

10 Suallar | Total Attempts: 130

SettingsSettingsSettings
Please wait...
Operativ Cərrahiyyə -1 | Atu-amu.Net

Hazırladı:  Malik SH     (c) ATU-AMU.net


Questions and Answers
  • 1. 
    Xayanın yataq qişasının visseral səhifəsi qarının ön divarının hansı təbəqəsinin törəməsidir?
    • A. 

      Parietal peritonun

    • B. 

      Köndələn fassiyanın

    • C. 

      Köndələn əzələnin aponevrozunun

    • D. 

      Xüsusi fassiyanın

    • E. 

      Səthi fassiyanın

  • 2. 
    Qarının aşağı 1/3 hissəsində düz əzələ yatağının arxa divarı bilavasitə hansı anatomik törəmədən əmələ gəlmişdir?
    • A. 

      Köndələn fassiyadan

    • B. 

      Parietal peritondan

    • C. 

      Köndələn əzələnin aponevrozundan

    • D. 

      Peritonönü fassiyadan

    • E. 

      çanaq fassiyasından

  • 3. 
    Peritonarxası sahənin ikinci toxuma qatı (paranefron) yerləşir:
    • A. 

      Böyrəkönü və böyrəkarxası fassiyalar arasında

    • B. 

      Böyrəkönü fasiya ilə qarındaxili fassiya arasında

    • C. 

      Böyrəkönü fassiya ilə periton arasında

    • D. 

      Böyrəkarxası fassiya ilə Toldi fassiyası arasında

    • E. 

      Böyrəkarxası fassiya ilə qarındaxili fassiya arasında

  • 4. 
    Aşağıdakılardan hansı retroqrad apendektomiya zamanı cərrahın fəaliyyətinə aid deyil?
    • A. 

      çözün və bitişmələrin kəsilməsi ilə çıxıntının əsasından zirvəsinə doğru ayrılması

    • B. 

      Liqaturanın çözün əsasından keçirib bağlanılması

    • C. 

      çıxıntının əsasının ətrafına bağırsaq tikişinin qoyulması

    • D. 

      Tikişin distal hissəsindən çıxıntının kəsilməsi və güdülə tikişin qoyulması

    • E. 

      çıxıntının kənarlaşdırılması, yaranın təbəqələrlə tikilməsi

  • 5. 
    Aşağıdakılardan hansı Şkolnikov – Selivanov üsulu ilə çanaqdaxili anesteziyaya göstəriş deyil?
    • A. 

      Çanaq sümüklərinin çoxsaylı və arxa yarımhəlqəsinin sınıqları

    • B. 

      Aşağı ətrafların bərk əzilməsi

    • C. 

      Daxili orqanların zədələnməsi ilə çanağın sınıqları

    • D. 

      Çanağın sınıqları zamanı xəstələrin xəstəxanaya nəql edilməsi zamanı şokun profilaktikası zərurəti

    • E. 

      Çanaq orqanlarının inoperabel şişlərində

  • 6. 
    Aşağıdakılardan hansı yırtıqlar münasibətilə həyata keçirilən cər­rahi əməliyyatların tərkib hissəsi kimi icra olunmur?
    • A. 

      Yırtıq nahiyəsinin plastikası məqsədilə sərbəst dəri diliminin ha¬zır¬lan¬ması

    • B. 

      Yırtığın əmələ gəldiyi nahiyəyə uyğun olaraq, xarici örtük toxumaların kə¬¬¬¬¬sil¬məsilə yırtıq kisəsinə cərrahi yolun icrası

    • C. 

      Yırtıq kisəsinin ətraf toxumalardan ayrılması və açılması, yırtıq möh¬tə¬viy¬yatının müvafiq qaydada yoxlanılaraq öz yerinə qaytarılması

    • D. 

      Yırtıq qapısının ləğvi

    • E. 

      Yırtıq nahiyəsinin möhkəmləndirilməsi (hernioplastika)

  • 7. 
    Sol pariyetal plevra hansı qabırğa səviyyəsində aşağı sərhədə keçir?
    • A. 

      IV qabırğa

    • B. 

      III qabırğa

    • C. 

      V qabırğa

    • D. 

      VII qabırğa

    • E. 

      VI qabırğa

  • 8. 
    Aşağıdakı əməliyyatlardan hansı mədədən yad cismin endoskopik üsulla çıxarılması mümkün olmadıqda icra edilir?
    • A. 

      Qastrotomiya

    • B. 

      Qastrostomiya

    • C. 

      Qastroektomiya

    • D. 

      Qastroenteroanastomoz

    • E. 

      Mədənin rezeksiyası

  • 9. 
    Enən çənbər bağırsaq hansı arteriyalar ilə qidalanır?
    • A. 

      Sol çənbər bağırsaq arteriyası ilə

    • B. 

      Sol böyrək arteriyası ilə

    • C. 

      Sol xayalıq (yumurtalıq) arteriyası ilə

    • D. 

      Sol mədə – piylik arteriyası ilə

    • E. 

      Dalaq arteriyası ilə

  • 10. 
    Oturaq – düz bağırsaq çuxuru öndə sidik – cinsiyyət üçbucağından nə ilə ayrılır?
    • A. 

      Aralığın səthi köndələn əzələsinin əsası ilə

    • B. 

      Aralığın dərin köndələn əzələsinin əsası ilə

    • C. 

      Büzdüm əzələsinin arxa kənarı ilə

    • D. 

      Anusu büzən əzələnin bayır kənarı ilə

    • E. 

      Anusu qaldıran əzələnin arxa kənarı ilə

Back to Top Back to top